Fonseka qovulsa, onlar gələ bilər

  • Dünən, 23:13

"Milan"ın baş məşqçisi Paulu Fonseka üçün işlər yaxşı getmir.

Sportlife.az xəbər verir ki, onun komandası mövsümə yaxşı başlamayıb. Bu həftəsonu portuqaliya mütəxəssisin "Milan"ın sükanı arxasında sonuncu oyunu ola bilər.

İtaliya mediasında çıxan xəbərlərə görə Fonsekanı əvəzləməyə əsas namizədlər - Tomas Tuxel və Edin Terziçdir. O, getsə, "rossoneri" bu iki mütəxəssisdən birini gətirməyə çalışacaq.


Paylaş: