Təcrübəli forvard 4-cü Liqa klubuna keçdi

  • 18 Sentyabr 2024, 14:52

"Liverpul"un sabiq hücumçusu Endi Kerroll 4-cü Liqa komandasında çıxış edəcək.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, "Bordo" 35 yaşlı forvardı transfer edib. Fransanın köklü klublarından olan "Bordo" bu mövsümdən etibarən maliyyə problemlərinə görə 4-cü Liqaya yuvarlanıb.

Kerroll ötən mövsümü "Amyen"də keçirtmişdi. O, Premyer Liqada 248 oyuna çıxıb və 54 qol vurub.

 


Paylaş: