De Rossini xorvatiyalı mütəxəssis əvəz edəcək

  • Dünən, 17:13

"Roma" yolları ayırdığı baş məşqçisi Daniele de Rossiyə əvəzləyici tapıb.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, "canavarlar" boş qalan posta İvan Yuriçi gətirməyi düşünür. Xorvatiyalı mütəxəssislə bir illik müqavilə imzalanacaq. Əgər "Roma" Yuriçin rəhbərliyi altında Çempionlar Liqasına vəsiqə qazanarsa, o zaman sözləşmənin müddəti avtomatik bir il uzanacaq.

Yuriç son olaraq "Torino"nu çalışdırmışdı. 


Paylaş: