Avropa xəyallarından kiçik gözləntilərə doğru: "Səbail"ın draması
Ötən mövsüm yüksək büdcə ilə avrokuboklara vəsiqə qazanmağı hədəfləyən "Səbail" məqsədinə nail ola bilmədi. Nəticədə klubda ciddi maliyyə ixtisarları baş verdi və bu mövsüm büdcəsi kəsilən klub meydanda ardıcıl məğlubiyyətlərli sıralayır. Artıq 6 tur keçib və "Səbail" dünən 4-cü məğlubiyyətini rəsmiləşdirdi. Məğlubiyyət seriyasının uzanacağı istisna deyil.
Bu vəziyyət bəzi suallar yaradır: "Səbail" klubunun mövcudluq məqsədi nədir? Rəhbərliyin hansısa ciddi və uzunmüddətli planı varmı, yoxsa məqsəd yalnız Premyer Liqada iştirak etməkdən ibarətdir?
Azərbaycan futbolunun ən önəmli problemlərindən biri olan davamlılıq məsələsi bu klubda da özünü göstərir. Əgər ötən mövsüm üçün avrokuboklar məqsəd idisə, bu mövsüm klubun hədəfi nədir?
Klub rəhbərliyi sadəcə liqada qalmağı hədəfləyirsə, bu, nəinki klubun gələcəyini, həm də ümumilikdə Azərbaycan futbolunun inkişafını sual altına qoyur. Bir vaxtlar daha böyük məqsədlər uğrunda mübarizə aparan bir komanda indi sadəcə sağ qalmaq üçün oyunlar keçirirsə, bu, həm azarkeşlərdə, həm də futbol ictimaiyyətində böyük məyusluq yaradır.
Büdcəsi azaldılan və meydanda da uğursuzluq zolağından çıxa bilməyən bir klubun rəhbərliyindən daha dəqiq açıqlamalar gözlənilir. Azərbaycan futboluna ciddi töhfələr vermək istəyən hər bir komanda kimi "Səbail" də öz məqsədlərini konkretləşdirməli və bu yolda düzgün addımlar atmalıdır.
Klubun indiki vəziyyəti təkcə meydanda deyil, idarəetmədə də ciddi problemlərin olduğunu göstərir. Ancaq bu prosesin kökündə hansı planın durduğu aydın deyil.
Azərbaycan futbolunda davamlı uğur qazanmaq istəyən klubun hədəfləri yalnız mövsümün sonunda müəyyən olunmamalıdır. Rəhbərlik futbolçulara güvən yaratmalı, kluba inanmalı və uzunmüddətli bir strategiya qurmalıdır. Yoxsa, bu gedişlə "Səbail"in gələcəyinə dair pessimist proqnozlar vermək qaçılmaz olacaq.
Sportlife.az