Del Pyerodan Kenana tərif

  • Dünən, 19:28

“Yuventus”un keçmiş futbolçusu Alessandro Del Pyero türkiyəli Kenan Yıldızın çıxışını şərh edib.

Sportlife.az “Sky Sport”a istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, vaxtı ilə özünün daşıdığı 10 nömrəli formanı geyinən gənc futbolçunu tərifləyib:

“Sənin üçün çox xoşbəxtəm, Kənan. Gənc oğlan mənim rekordumu qırdı. Və mən xoşbəxtəm, çünki o, yaxşı oyun oynadı. Həm də, mövsümə əla başlayıb və keçən il də yaxşı çıxış etdi”.


Paylaş: