"Mənə getməyimi desəydilər, gedərdim"
"Mançester Yunayted" ötən gecə İngiltərə Liqa Kubokunda "Barnsli"ni 7:0 hesabıyla məğlub edib.
Sportlife.az xəbər verir ki, bu görüşdə komandasının son iki qoluna imza atan Kristian Eriksen "transfer pəncərəsi"nin son günlərində "qırmızı şeytanlar"dan ayrılmağa yaxın idi. O, bu barədə danışıb:
"Mənə getməyimi desəydilər, gedərdim. Amma belə bir şey eşitməmişəm. Burada özümü çox yaxşı hiss edirəm".
"Mən həm də ailəmin məskunlaşa biləcəyi, özümün oynayacağı və fayda verə biləcəyi bir yerdə olmaq istəyən biriyəm".
Eriksen 2022-ci ilin yayından MY-də çıxış edir. Onun klubla müqaviləsi gələn ilin yayında bitir.