Premyer Liqanın klubunun forvardı zədələndi

  • 16 Sentyabr 2024, 19:06

"Brentford"un forvardı Yoan Vissa uzun müddətli sıradan çıxıb.

Sportlife.az xəbər verir ki, 28 yaşlı hücumçu Premyer Liqanın son turunda "Mançester Siti" ilə görüşdə zədələnib. O, bir neçə ay meydanlardan uzaq qalacaq.

Vissa yeni mövsümə yaxşı başlamışdı. O, Premyer Liqanın ilk 4 turunda 3 qol vurmuşdu.


Paylaş: