Xorvatiyalı futbolçu Yunanıstan klubunda

  • 16 Sentyabr 2024, 13:52

"Lion"dan ayrılan Deyan Lovrenin yeni klubu bəlli olub.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi PAOK-a transfer olub. Yunanıstan klubu təcrübəli futbolçu ilə iki illik müqavilə imzalayıb.

Lovren yeni klubunda 6 nömrəli formanı geyinəcək.


Paylaş: