MY gənc futbolçusuyla müqavilə uzadacaq

  • 16 Sentyabr 2024, 15:01

"Mançester Yunayted" gənc futbolçusu Amad Diallo ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Sportlife.az xəbər verir ki, "qırmızı şeytanlar" 22 yaşlı vingerlə qarşıdakı aylarda uzunmüddətli  yeni sözləşmə imzalayacaq.

Diallo 2021-ci ilin yanvarından MY-in futbolçusudur. O, bu mövsüm Premyer Liqada 4 oyuna çıxıb və 1 qol vurub.


Paylaş: