"Liverpul" Van Deykin əvəzləyicisini tapıb

  • 16 Sentyabr 2024, 18:01

"Liverpul" "Sevilya"nın müdafiəçisi Loik Badeni transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, Mersisayd klubu fransalı futbolçunun gələcəkdə Vircil van Deyk yaxşı əvəzləyici ola biləcəyinə inanır.

Bade ilə "Bavariya" və PSJ də yaxından maraqlanır. 24 yaşlı müdafiəçinin "Sevilya" ilə müqaviləsində 50 milyon avroluq sərbəstqalma bəndi var. Bu məbləği ödəyən komanda onu transfer edə bilər.


Paylaş: