"Torino"nun futbolçusu nəhənglərin "radar"ında

  • 16 Sentyabr 2024, 21:18

"Torino"nun futbolçusu Samuele Riççi bir çox klubun diqqətini çəkir.

Sportlife.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Milan", "İnter" və "Napoli" 23 yaşlı yarımmüdafiəçiylə yaxından maraqlanır.

Riççi 2022-ci ilin yanvarından "Torino"da çıxış edir. İtaliya millisinə də çağrılan gənc futbolçu "skuadra adzurra"nın heyətində 6 oyuna çıxıb.


Paylaş: