Kimmix "Bavariya"da qala bilər

  • 16 Sentyabr 2024, 16:13

Almaniyalı yarımmüdafiəçi Yozua Kimmixin "Bavariya" ilə müqaviləsi gələn yay bitir.

Sportlife.az "Sky Sports DE"yə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu yeni sözləşmə üçün klubla danışıqlara hazırdır. O, Münhen klubunda qalmağa açıqdır.

Kimmixlə Avropanın bir çox nəhəng klubu maraqlanır. O, 2015-ci ildən "Bavariya"da çıxış edir.


Paylaş: