Mendi 2027-ə qədər "Real"da

  • 16 Sentyabr 2024, 18:30

"Real" fransalı müdafiəçisi Ferlan Mendi ilə yeni müqavilə imzalayacaq.

Sportlife.az xəbər verir ki, "kral klubu" 29 yaşlı futbolçunun gələn yay bitəcək sözləşməsini 2027-ci ilin yayına qədər uzadacaq.

Mendi 2019-cu ildən "Real"da çıxış edir. O, Madrid klubunun heyətində ümumilikdə 175 oyuna çıxıb, 3 dəfə La Liqanın, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.


Paylaş: