"Barselona" əsas oyunçularından birini itirdi

  • 16 Sentyabr 2024, 14:49

"Barselona" əsas oyunçularından biri Dani Olmonu itirib.

Sportlife.az katalon klubunun saytına istinadən xəbər verir ki, ispaniyalı futbolçu 4-5 həftə meydanlardan uzaq qalacaq. O, sağ hamstrinqindən zədələnib.

Olmo bu yay "Barselona"ya transfer olub. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxdığı 3 oyunda 3 qol vurmağı bacarıb.


Paylaş: