"Betis" ingiltərəli futbolçunu transfer edir

  • 16 Sentyabr 2024, 17:51

"Tottenhem"in sabiq futbolçusu Dele Alli İspaniyaya yollanmağa hazırlaşır.

Sportlife.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, “Betis” azad agent statusunda olan 28 yaşlı futbolçu ilə müqavilə imzalamaq istəyir. 

Sevilya təmsilçisinin baş məşqçisi Manuel Pelleqrini Allinin transfer edilməsini rəhbərlikdən xahiş edib. Tərəflər arasında razılıq olduğu bildirilir.

Xatırladaq ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi bu ilin iyulunda “Everton”dan ayrılıb.


Paylaş: