"5 qol vursa da, 6 ya 7-ci qolu da vurmaq istəyəcək"

  • 16 Sentyabr 2024, 16:49

"Kristiano Ronaldonun etdikləri inanılmazdır. 22-23 ildir ki, eyni səviyyədədir. Ona layiq olduğundan daha çox dəyər verilməlidir".
 
Sportlife.az xəbər verir ki, bu sözləri hazırda "Komo"nu çalışdıran Sesk Fabreqas deyib. O, portuqaliyalı ulduz barədə bunları da deyib:
 
"Onun karyerasında məni valeh edən mentaliteti idi. Bu adam hər zaman daha çoxunu istəyir. Professional bir futbolçudur. 5 qol vursa da, 6 ya da 7-ci qolu da vurmaq istəyəcək. Məğlub olsa da, növbəti matça qalib ruhla çıxacaq. Bir matçda qol vura bilməsə, mütləq sabah qol vuracaq. Kristiano bacarıqlarına inanır".

Paylaş: