“İnter” albaniyalı futbolçusunun müqaviləsini uzatdı

  • 16 Sentyabr 2024, 20:38

"İnter" albaniyalı futbolçusu Kristyan Aslani ilə müqavilə uzadıb.

Sportlife.az klubun saytına istinadən xəbər verir ki, "neradzuri" 22 yaşlı müdafiəçi ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb.

Aslani artıq üçüncü mövsümdür "İnter"də çıxış edir. O, burada 63 oyuna çıxıb və 1 qol vurub.


Paylaş: