Avarçəkənlərimiz Dünya çempionatında iştirak edəcək

  • 6 Sentyabr 2024, 17:11

Sentyabrın birinci yarısında İtaliyanın Genuya şəhərində sahil avarçəkməsi və çimərlik sprinti üzrə dünya çempionatı keçiriləcək.

Sportlife.az xəbər verir ki, sentyabrın 6-8-də baş tutacaq sahil avarçəkməsi üzrə mundialda Bakı Avarçəkmə Kanoe İdman klubu adından qadınlar arasında Diana Dımçenko, kişilərdə isə Murad Sadıxov birnəfərlik qayıqda mübarizə aparacaq.

2028-ci ildə Los-Anceles olimpiadasının təqvim planına daxil edilən çimərlik sprinti üzrə dünya çempionatı sentyabrın 13-15-də təşkil olunacaq.


Paylaş: