Fernandu Santuş: "Azərbaycan futbolunun gələcəyini dəyişməliyik"

  • 7 Sentyabr 2024, 19:59

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya oyunu öncəsi mətbuat konfransı keçirib.

Sportlife.az-ın Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, portuqaliyalı mütəxəssis sabahkı görüş barədə ümidli danışıb:

- Slovakiya mətbuatı Azərbaycan yığmasını detallı analiz edib. Bu, sizi narahat etmir ki? 

Hamı onsuz da bütün oyunları izləyir. Bu, normal prossesdir. Mənim köməkçim də Slovakiyanın Estoniya ilə oyununu izləmişdi. Bunlar normal haldı.

- Slovakiya futbolu Azərbaycan üçün önəmlidi. İlk qolumuzu məhz onlara vurmuşuq, ilk qələbə (U-21) bu milli üzərində qazanılıb. Santuşun da ilk qələbəsi onlara qarşı qeydə alına bilərmi? 

- Biz keçmişlə yaşamırıq, ancaq meydana qələbə üçün çıxırıq. Azərbaycan futbolunun gələcəyini dəyişməliyik. Gələcəyə fokuslanmalıyıq. Bizim üçün əsas məsələ odur ki, oyunçular sabah axıra kimi vuruşsunlar. Onlar oyuna qələbə üçün çıxmalıdılar. Rəqib komandaya da hörmətimiz var. Kifayət qədər güclüdülər. Qorxmuruq və əlimizdən gələni edəcəyik.

- Azərbaycandan nəinki qələbə, heç-heçə də gözlənilmir. Bu, sizi ruhdan salmır ki?

Mən qələbə gözləyirəm. Biz əlimizdən gələni edəcəyik və oyuna qələbə üçün çıxırıq. Uzun bir yola çıxmışıq və burada udmaq da, uduzmaq da var. Bu, 1-2 günün işi deyil və istəyimizə çatacağıq. Biz Slovakiya komandasını analiz etmişik və oyunçulara da məlumat verilib. Onlar da öz məsuliyyətlərini başa düşməlidilər. 

- İlk oyunda demişdiniz ki,İsveç oyunundakı penalti ilə bağlı iclas olacaq. Hansısa tədbir görülüb? Ramili meydanda görməyə bilərikmi? 

Hər şeyi sabah görəcəksiniz.

- Sabah qələbə üçün hansı taktika ilə oynayacağıq?

Futbol günü gündən inkişaf edir, dəyişir. Taktikanı bölüşə bilmərəm. Rəqib görəcək və taktikanı dəyişəcək. Rəqib baş məşqçi də bunu açıqlamazdı. 

- Sabah Bəhlul heyətdə yoxdu. Onun yoxluğu komandaya nə dərəcədə təsir edəcək?

Bizim kifayət qədər oyunçularımız var. Bəhlul olsaydı, daha yaxşı olardı. Yenə də təkrar edirəm, kifayət qədər oyunçumuz var və onlardan yararlanmağa çalışacağıq.

-27 ildən sonra ilk dəfə burda meydana çıxacaqsınız. Bununla bağlı nə düşünürsüz?

Sizi başa düşürəm. Hamı istəyir ki, doğma meydanda yaxşı nəticə göstərsin. Amma biz də bura qələbə üçün gəlmişik.

 


Paylaş: