Luis Suares milli karyerasını bitirdi

  • 7 Sentyabr 2024, 14:11

Luis Suarez ötən gecə Uruqvay milli forması ilə sonuncu görüşünü keçirdib.

Sportlife.az xəbər verir ki, 2026--cı ildə keçiriləcək Dünya Çempionatının Cənubi Amerila üzrə seçmə mərhələsində keçirilən qarşılaşmada Uruqvay Paraqvayla qolsuz heç-heçə edib. Suares görüşə əsas heyətdə başlayıb və sona qədər meydanda olub.

37 yaşlı forvard 2007-ci ildə başladığı milli karyerasını başa vurub. O, milli formayla 143 oyunda meydanda olub və 69 qol vurub. O, 2011-ci ildə Kopa Amerika çempionu olub.

 


Paylaş: