Toral Bayramov: "Sabah hər şey yaxşı olacaq"

  • 7 Sentyabr 2024, 19:40

"Sabah bizi çox güclü kollektivlə oyun gözləyir. Buna baxmayaraq yaxşı oynamağa çalışacağıq".

"Misli"nin təşkilatçılığı ilə Sportlife.az-ın Slovakiyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu sözləri millimizin üzvü Toral Bayramov sabah keçiriləcək Slovakiya matçı barədə danışarkən deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Ümumi komanda daxilində atmosfer necədi? 

Atmosfer yaxşıdı. Oyuna yaxşı hazırlaşmışıq. Tam hazırıq. 

- Sabah Slovakiya ilə görüşdə sürpriz gözləyə bilərikmi? 

Yenə də vurğulayıram, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Niyə də olmasın. Bunu bacara bilərik. Sabah hər şey yaxşı olacaq. 

- Səni həm millidə, həm də "Qarabağ"da müxtəlif mövqelərdə görmüşük. Həm cinah müdafiəçisi, həm də yarımmüdafiəçi kimi çıxış etmisən. Sənə hansı mövqedə oynamaq daha rahatdı?

Mənə görə mövqe fərqi yoxdu. Baş məşqçi harda məsləhət görsə, orda da oynayacam.

- Birinci oyundan sonra penalti məsələsi geniş müzakirə olundu. Məsuliyyəti öz üzərinə götürə bilərsənmi?

Verdiyiniz sual mənə aid deyil. Baş məşqçiyə sual versəniz yaxşı olar.


Paylaş: