Azərbaycan millilərinə namizəd basketbolçulara baxış prosesi yekunlaşdı

  • 6 Sentyabr 2024, 17:56

Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Şurası tərəfindən milli komandalara namizəd göstərilən yeniyetmə oğlan basketbolçulara baxış prosesi yekunlaşıb.

Sportlife.az xəbər verir ki, U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxış prosesində 243 basketbolçu iştirak edib.

U-12 yaş kateqoriyasından 59 nəfərdən 29-u, U-14 yaş kateqoriyasından 82 nəfərdən 31-i, U-16 yaş kateqoriyasından isə 102 nəfərdən 33-ü seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Qeyd edək ki, baxış prosesinin əsas məqsədi qarşıdakı illərdə müxtəlif yaş qrupları üzrə milli komandaların heyətində daha istedadlı basketbolçuların yer almasıdır.


Paylaş: