Kurban Berdiyev: "Bu, utancvericidir"
Azərbaycan Premyer Liqasının XV turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Müdafiədə buraxdığımız kobud səhvlərdən sonra “Sabah” qollar vurdu və qələbə qazandı. Bu səhvləri etməməli idik.
– Sizcə məğlubiyyətin əsas səbəbi nədir? Sizin taktiki səhvlərinizin olduğunu düşünürsüz?
– Desək ki, məşqçi səhv etmir, doğru olmaz. İstənilən məşqçi səhv edir. Birinci hissədə meydanda düzülüşümüz düzgün deyildi. Bunun nəticəsində “Sabah”ın istifadə edəcəyi boşluqlar çox oldu.
– Oyundan əvvəl rəqibi təhlil edirsiz?
– Əlbəttə.
– Bu gün azarkeşlər sizin ünvanınıza “istefa” şüarları səsləndirdi. Bununla bağlı nə deyə bilərsiniz?
– Bu məsələləri bütün klublarda prezident həll edir. Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik. Bu, utancvericidir.
– Bu gün “Turan Tovuz”un sərgilədiyi oyun idi?
– Xeyr.