"Sumqayıt" Türkiyəni seçdi
“Sumqayıt” futbol komandasının qış təlim-məşq toplanışını keçirəcəyi ölkə müəyyənləşib.
Sportlife.az xəbər verir ki, “kimyaçılar” mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşacaq.
Qardaş ölkədə toplanışın dəqiq tarixləri isə hələlik müəyyənləşdirilməyib. Komandanın yoxlama oyunlarındakı rəqibləri barədə informasiya daha sonra açıqlanacaq.