UEFA-dan klublarımıza vəsait

  • Bu gün, 11:19

UEFA 2025/2026-cı illər mövsümündə avrokubok yarışlarının ümumi mərhələlərində iştirak etməyən klublar üçün həmrəylik ödənişi proqramı çərçivəsində AFFA-ya 5,55 milyon avro (təqribən 11 milyon manat) ayıracaq.

Sportlife.az xəbər verir ki, vəsait sonda Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumi mərhələlərini buraxan yüksək divizion klubları arasında bərabər bölüşdürüləcək.

Ödəniş məbləği 2 hissədən ibarətdir: 70 faiz ölkənin UEFA reytinqindəki mövqeyi ilə müəyyən edilir, digər 30 faiz isə klubun avrokubok yarışlarından əldə etdiyi gəlirlə mütənasibdir ki, bu da həmin milli təşkilatı təmsil edən klublar arasında ən yüksək göstəricidir.

Top-5-dən kənar assosiasiyalar arasında ən çox vəsaiti – 6,25 milyon avronu niderlandlılar alacaqlar. İlk 5 ölkə (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 10 milyon avro əldə edəcək.

Qeyd edək ki, Azərbaycanı bu mövsüm Avropa yarışlarında Ağdamın “Qarabağ” klubu təmsil edir. Çempionlar Liqasının altı turundan sonra Ağdam təmsilçisi turnir cədvəlində 22-ci yerdədir. Komanda növbəti oyununu yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasına qarşı keçirəcək.


Paylaş: