Morata uzun müddət oynayamacaq
"Komo"nun hücumçusu Alvaro Morata uzun müddətə sıradan çıxıb.
Sportlife.az xəbər verir ki, A Seriyasının 14-cü turunda "İnter" üzərində 4:0 hesablı qələbə qazanılan oyunda sol budundan ciddi zədə alan forvardın meydana nə vaxt qayıdacağı bilinmir.
"Komo" hazırda İtaliya liqasında altıncı yerdədir. Morata kluba 2025-ci ilin avqustunda qoşulub. Bu mövsüm hücumçu A Seriyasında 13 oyunda meydana çıxıb və qol vurmayıb.