Suares fikrindən daşındı
"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares mövsüm bitdikdən sonra da klubda qala bilər.
Sportlife.az xəbər verir ki, amerikalılar hazırda onunla müqavilənin uzadılması ilə bağlı danışıqlar aparırlar.
Əvvəllər 38 yaşlı futbolçunun ABŞ-da oynadıqdan sonra karyerasını bitirməyi düşündüyü bildirilirdi.
Klub, həmçinin yarımmüdafiəçi Rodriqo De Paulu birdəfəlik transfer edib. Argentinalı futbolçu bu yay "Atletiko"dan mövsümün sonuna qədər icarə götürülüb.
Klub onunla 4 illik müqavilə imzalayıb. O, hər mövsüm üçün 12 milyon dollar qazanacaq.