La Liqanın ən bahalı oyunçuları
"Real"ın hücumçusu Kilian Mbappe və "Barselona"nın vingeri Lamin Yamal La Liqanın ən bahalı oyunçuları olublar.
Sportlife.az xəbər verir ki, transfermarkt fransalı və ispaniyalı futbolçuların bazar dəyərini 200 milyon avro qiymətləndirir.
Qeyd etmək lazımdır ki, Mbappe və Yamal İspaniya La Liqasının ən bahalı oyunçularının reytinqində ən yaxın rəqibləri Cud Bellinqemdən 40 milyon avro irəlidədirlər. İngilis oyunçunun qiyməti 160 milyon avrodur.