Həsənov FIFA referilərinin səhvini etiraf etdi

  • Dünən, 18:12

AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Sportlife.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, ümumilikdə 5 matçda qeydə alınan 5 epizodla bağlı fikirlərini bölüşüb.

Mütəxəssis FIFA referiləri Kamal Umudlunun "İmişli" - "Sabah" görüşündə, Əliyar Ağayevin isə "Sumqayıt" - "İmişli" matçında təyin etdikləri penalti qərarlarının səhv olduğunu vurğulayıb.


Paylaş: