Qvardiola media önünə çıxmayacaq

  • Dünən, 15:56

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın 16-cı turunda "Kristal Palas"la qarşılaşmadan əvvəl mətbuat konfransında iştirak etməyəcək.

Sportlife.az xəbər verir ki, ispaniyalı məşqçi şəxsi səbəblərə media önünə çıxmayacaq. Mətbuat konfransında Qvardiolanı köməkçisi Kolo Ture əvəz edəcək.

"Kristal Palas" dekabrın 14-də "Selhurst Park"da "Mançester Siti"ni qəbul edəcək.


Paylaş: