"Bavariya" danışıqları dayandırdı

  • Dünən, 14:52

"Bavariya" müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə danışıqlarını dayandırıb.

Sportlife.az xəbər verir ki, fransalı futbolçu ildə 16 milyon avro (bonuslar daxil olmaqla) maaş tələb edir. O, həmçinin müqaviləsinə yaxşı təkliflər gələcəyi təqdirdə komandadan ayrılmasına imkan verən sərbəst buraxılma bəndini daxil edilməsini arzulayır.

"Bavariya" isə bu tələbləri qəti və müzakirə olunmaz olduğu üçün rədd edib.

Oyunçunun "Bavariya" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, 2021-ci ilin iyul ayından Münhen klubunda çıxış edir.


Paylaş: