Jezus "Arsenal"ı tərk edir?
"Arsenal"ın baş məşqçisi Mikel Arteta hücumçu Qabriel Jezusun komandadan ayrılacağı ilə bağlı şayiələrə cavab verib.
Sportlife.az xəbər verir ki, ispan mütəxəssis iddiaları təkzib edib:
"Xeyr, onun getməsini düşünmürəm. Xüsusilə də hazırda düşdüyümüz vəziyyəti nəzərə alsaq. Qabbinin komandaya təklif edəcəyi çox şey var və o, oynamağa hazır olanda bunu artıq sübut edib. "Arsenal" üçün çox şey edib və indi bizim işimiz bir komanda olmaqdır".