
"Neftçi" xüsusi forma ilə oynayacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının XXVI turunun “Turan Tovuz”la matçda xüsusi forma ilə oynayacaq.
Sportlife.az xəbər verir ki, "ağ-qaralar" meydana 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi hazırlanmış forma ilə çıxacaq.
Qeyd edək ki, bu gün keçiriləcək görüş saat 19:30-da başlayacaq.