
Baxış bucağı, yoxsa obyektivlik problemi?
Kamal Umudlu oyunun içindəydi, amma hadisələrin içində deyildi. Yassin Benzianın Santosa etdiyi açıq-aşkar alçaldıcı hərəkət idi. Bu epizodda hakimin baxış bucağı daralmışdı, yoxsa obyektivliyi?
Hakimlərin qərəzli olduğunu düşünmək çətindir. Lakin bu qədər ardıcıl və açıq-aşkar səhvlər qərarların obyektivliyini sual altına qoyur.
Haqqın tərəzisi kimin əlindədir?
İronik olan odur ki, "Araz-Naxçıvan" hakim simpatiyasında ittiham olunurdu, bu dəfə isə vəziyyət tam əksinə oldu. İstənilən halda belə bir yanlış qərar şübhə toxumu səpir və oyunun idarə olunmasına dair ciddi suallar yaradır.
Sportlife.az