
"Baş məşqçi desə, hücumda da oynayaram"
"Arsenal"ın müdafiəçisi Uilyam Saliba istənilən mövqedə oynamağa hazır olduğunu açıqlayıb.
Sportlife.az xəbər verir ki, futbolçu buna baş məşqçinin qərar verdiyini söyləyib:
“Mən Artetaya hücumda oynaya biləcəyimi söylədimmi? Bu, zarafat idi. Əlbəttə ki, irəlidə oynaya bilərəm, amma bunun üçün başqa oyunçularımız da var. Sadəcə, məşqçi desə, hücumda da oynayaram".
"Arsenal"ın hazırda iki zədəli mərkəz hücumçusu var - Qabriel Jezus və Kay Haverts. Yarımmüdafiəçi Mikel Merino son matçlarda bu mövqedə çıxış edir.