
"Barselona"nı sevindirən xəbər
"Barselona"nın futbolçusu Qavi zədəsini sağaldıb.
Sportlife.az xəbər verir ki, sıraya dönən yarımmüdafiəçi bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika"ya qarşı cavab oyununda komandasına kömək edə biləcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.