
Kolo-Muani yayı gözləyir
Hazırda icarə əsasında "Yuventus" da çıxış edən PSJ-nin hücumçusu Randal Kolo-Muani karyerasını İtaliya klubunda davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, “qoca sinyora”nın məşqçilər korpusu və rəhbərliyi forvardın oyunundan razıdır. Futbolçunun özü yekun qərarı yayda verəcək.
26 yaşlı oyunçu bu ilin yanvar ayında icarə əsasında "Yuventus"a keçib.