Mbappedən yeni rekord

  • 7 İyul 2025, 11:34

"Real"ın hücumçusu Kilian Mbappe bir mövsümdə 7 müxtəlif turnirdə qol vuraraq klub rekorduna imza atıb.

Sportlife.az xəbər verir ki, fransalı forvard buna klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sı ilə matçda (3:2) fərqlənərək imza atıb.

Mbappe ötən mövsüm İspaniya La Liqası, Kral Kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası Kubokda da qol vurub.


Paylaş: