"Mahir üçün 500 min avro normal qiymətdir"

  • Dünən, 17:20

"Nürnberq”in hücumçusu Mahir Emrelinin Almaniyadan ayrılacağına dair xəbərlər yayılmışdı. 
Amma Koreyanın "Seul" klubu Almaniya təmsilçisinin Mahir üçün tələb etdiyi məbləği eşidəndə transferdən imtina edib.

İddiaya görə, 2-ci Bundesliqa təmsilçisi 27 yaşlı forvard üçün qarşı tərəfdən 500 min avro istəyib. “Transfermarkt”da isə Mahirin qiyməti 800 min avrodur.

Bəs, 500 min avro Mahir üçün normal qiymətdir, yoxsa necə? Sportlife.az saytı olaraq, bu sualı tanınmış menecerlərə ünvanladıq. Cavablar isə belə oldu:

Vaqif Heydərli: “Bu barədə xəbərləri mən də oxumuşam. Mahir Emrelinin “Nürnberq”dəki çıxışına baxsaq, 500 min avro normal qiymətdir”.

Tural Əsgərov: "Seul" klubu üçün 500 min avro böyük pul deyil. Sadəcə, burada başqa məsələlər var. Bunun üçün oyunçunun müqaviləsindəki bəndlərə diqqət yetirmək lazımdır. Mahirə uğurlar arzu edirəm".

Akif ƏHMƏDOV


Paylaş: