"İnter"in futbolçusundan iddialı açıqlama

  • Dünən, 14:13

"İnter"in futbolçusu Denzel Dumfris iddialı açıqlaması ilə gündəmə gəlib.

Sportlife.az xəbər verir ki, niderlandlı müdafiəçi Milan təmsilçisinin heyətində bu mövsüm ölkə çempionu, kubokun və Çempionlar Liqasının qalibi olmaq istədiyini deyib.

Qeyd edək ki, “İnter” bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda doğma meydanda "Feyenoord"la qarşılaşacaq. İlk görüş İtaliya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Paylaş: