
"Neftçi"nin futbolçusu 100-ə çatdı
“Neftçi”nin futbolçusu Höccət Haqverdi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Sportlife.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının XXVI turuna təsadüf edib.
32 yaşlı müdafiəçi “Turan Tovuz”la görüşdə (1:1) iştirak edib. O, Premyer Liqada 2 klubun formasını geyinib. H.Haqverdi “Sumqayıt”da 40 (1 qol), “Neftçi”də 60 matç keçirib.
Qeyd edək ki, futbolçunun debütü 2020/2021 mövsümündə olub. H.Haqverdi 2021-ci il yanvarın 22-də “Şamaxı” – “Sumqayıt” matçında (0:1) qonaqların heyətində meydana çıxıb.