"Qarabağ" 39-cu yerə yüksəldi

  • Dünən, 12:34

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqində Azərbaycanın dörd təmsilçisi düşüb.

Sportlife.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam klubu 14 pillə irəliləyərək (191,25 xal) 39-cu yerdə qərarlaşıb.

“Zirə” (62,25 xal) səkkiz pillə irəliləyərək 361-ci, “Sabah” (60,75 xal) doqquz mövqe artıraraq 379-cu, “Neftçi” (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.

Dünya reytinqinə İspaniyanın “Real” klubu (371 xal) başçılıq edir.


Paylaş: