"Qarabağ" günün ilk oyununda məğlub oldu

  • 9 İyul 2024, 16:35

“Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün iki yoldaşlıq oyunu keçirəcək.

Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisi günün ilk oyununda Almaniyanın “Kayzerslautern” klubu ilə qarşılaşıb.

Həmin oyun Bakı vaxtı ilə 14:30-da başlayıb. Qarşılaşma Azərbaycan çempionunun 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Qarabağ"ın yeganə qolunu Elvin vurub.

Günün ikinci matçında Ağdam təmsilçisi saat 20:00-da “Viktoriya”(Plzen) ilə üz-üzə gələcək.


Paylaş: