“Qarabağ” - “Neftçi” matçına biletlər satışa çıxarılıb

  • Dünən, 10:22

Azərbaycan Premyer Liqasının VII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri  onlayn şəkildə satışa çıxarılıb.
 
Sportlife.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
 
Biletlər bu gün “iTicket.az”da onlayn, oyun günü isə həm “iTicket.az”da onlayn, həm də “Azersun Arena”nın kassasında da satışda olacaq.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.
 
Sentyabrın 20-də keçiriləcək oyuna saat 20:00-da start veriləcək.

Paylaş: