
"Qarabağ"ın hücum gücü – Andrade və Axundzadə
Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qarabağ"ın ən yaxşı futbolçuları Leandro Andrade və Nariman Axundzadə oldu. Hər iki oyunçu 79 dəqiqə meydanda qalıb 1 qol vurdu və komandalarına hücumda ciddi töhfə verdilər.
Leandro Andrade – Kabo-verdeli yarımmüdafiəçi hücum xəttindəki aktivliyi və yüksək dinamizmi ilə fərqləndi. O, qapı çərçivəsinə vurduğu 4 zərbədən 1-ni qola çevirdi və 3 uğurlu driblinqlə (3/3) rəqib müdafiəsini çətin vəziyyətə saldı.
Andrade 79 dəqiqə ərzində 30 ötürmə etdi, bunlardan 22-ni dəqiq yerinə yetirərək 73%-lik dəqiqlik nümayiş etdirdi. O, həmçinin 3 açar ötürmə ilə də yadda qaldı.
Təkbətək mübarizələrdə də uğurlu çıxış edən Andrade 11 ikili mübarizədən 6-dan qalib ayrıldı. Hava toplarında uğursuz olması və 10 dəfə top itirməsi isə onun çıxışındakı mənfi məqamlardan idi.
Nəriman Axundzadə – 20 yaşlı futbolçu da hücum xəttində effektiv oyun sərgilədi. O, qapıya vurduğu 2 zərbədən 1-ni qola çevirdi və 1 qolun da ötürməsini verdi. Axundzadə ümumilikdə 24 dəfə topa toxunub və 11 ötürmədən 9-da dəqiq oynayaraq 82%-lik dəqiqlik nümayiş etdirdi.
Nəriman oyun ərzində 2 açar ötürmə etdi, həmçinin 1 uğurlu driblinq edərək rəqib müdafiəsini çaşdırdı.
Təkbətək mübarizələrdə isə Nariman yalnız 1 dəfə qalib gəldi və 3 hava duelinin heç birini uda bilmədi. O, oyun ərzində 6 dəfə top itirdi ki, bu da futbolçunun mənfi tərəflərindən idi.
Həm Andrade, həm də Nəriman 27-ci turda "Araz-Naxçıvan"la oyunda "Qarabağ"ın hücumlarının təşkilində əsas rol oynadılar və komandanın hücum gücünü artırdılar.
Sportlife.az