
Rednik "Kəpəz"lə danışıqları təsdiqlədi
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik yenidən Azərbaycanda çalışa blər.
Sportlife.az xəbər verir ki, rumıniyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında "Kəpəz"lə danışıqlar apardığını bildirib.
Hazırda Rumıniyanın “UTA Arad” klubunu çalışdıran 63 yaşlı mütəxəssis Gəncə təmsilçisinin maliyyə şərtlərini bəyəndiyini deyib: "Azərbaycanlılar maliyyə baxımından məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da könüllü işləyirəm. İnsanlar məni xatırlayacaq. Komandaya həm psixoloji, həm də maddi dəstək vermişəm".
İddiaya görə, Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir maaşlar verilmir.
Qeyd edək ki, Mirça Rednik 2010-2011-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb. O, Lənkəran komandasına Azərbaycan Kubokunu qazandırıb.