
Alonsonun əvəzinə Arbeloa
"Bayer" "Real Madrid"in U-19 komandasının məşqçisi Alvaro Arbeloa ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, klub rəhbərliyi gənc mütəxəssisi yayda "kral klubu"na keçəcəyi gözlənilən Xabi Alonsonun mümkün əvəzedicisi kimi görür.
Qeyd edək ki, "Bayer" Bundesliqada mövsümün bitməsinə iki tur qalmış turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.