
Premyer Liqada təxirəsalma
İngiltərə Premyer Liqasında "Aston Villa" və "Tottenhem" arasında keçiriləcək XXXVII tur oyununun vaxtı dəyişdirilib.
Sportlife.az xəbər verir ki, bu, London klubunun istəyi ilə baş verib. Klub Avropa Liqasının finalında mümkün iştiraka görə görüşün təxirə salınmasını xahiş etmişdi.
Görüş mayın 18-nə təyin edilmişdi.
Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə “Bodyo-Qlimt”ə 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu mayın 8-də baş tutacaq. Avropa Liqasının final oyunu mayın 21-də keçiriləcək.