"Bakıda döyüşəcəyim üçün şadam"

  • Bu gün, 15:59

"Doğma ölkədə döyüşmək məsuliyyətlidir".

Sportlife.az xəbər verir ki, bunu Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Bakıda təşkil olunacaq UFC turniri ilə bağlı danışarkən deyib.

Xüsusi sessiyaya qoşulan 32 yaşlı idmançı Bakıda mübarizə aparacağı üçün şad olduğunu bildirib.

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondeslə döyüşəcək.


Paylaş: