Fernandeş ərəb klubu ilə anlaşdı

  • Dünən, 17:57

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu "Əl-Hilal"dan 3 illik müqavilə təklifi alıb. Səudiyyə klubunun nümayəndələri artıq Fernandeşin agentləri ilə danışıqlara başlayıb və yarımmüdafiəçinin istənilən maliyyə tələbini yerinə yetirməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd olunur ki, səudiyyəlilər futbolçunun nümayəndələri ilə razılığa gələ bilsələr, Əl-Hilal “Mançester Yunayted”ə də rəsmi təklif göndərəcək.

Portuqaliyalı 2020-ci ildə "Sportinq"dən "Mançester Yunayted"ə keçib. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 52 oyun keçirib, 19 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.


Paylaş: